14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Türkiyə XİN: "Bu, bölgəmizdə sülh və firavanlığın yaradılması üçün böyük fürsətdir"
Tarix: 15-06-2022 15:07 | Bölmə: Siyasət
Türkiyə XİN: "Bu, bölgəmizdə sülh və firavanlığın yaradılması üçün böyük fürsətdir"

"Xüsusilə qeyd etmək istəyirəm ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlər can Azərbaycanla yaxın işbirliyi çərçivəsində həyata keçirilməkdədir".

Bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O vurğulayıb ki, bu gün Türkiyə diplomatları dünyanın hər yerində Türkiyə ilə yanaşı, Azərbaycanın da hüquqlarının müdafiəsinin qürurunu yaşayır: "Qarabağ zəfəri sadəcə Azərbaycanın torpaqlarına qovuşması, öz yurdlarından məcburi köçkün düşənlərin yenidən doğma torpaqlarına qovuşması mənasına gəlmir. Bu, bölgəmizdə sülh və firavanlığın yaradılması üçün böyük fürsətdir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}