07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Gürcüstan prezidenti: “Bu gün dünya mürəkkəb çağırışlarla üzləşib”
Tarix: 16-06-2022 11:34 | Bölmə: Siyasət
Gürcüstan prezidenti: “Bu gün dünya mürəkkəb çağırışlarla üzləşib”

“Biz bu gün çox çağırışlı bir dövrdə görüşürük. Bu gün dünya mürəkkəb çağırışlarla üzləşib”.

Reyting.az
xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

“Bu ilin fevralından dünya Ukraynada baş verən müharibəyə şahidlik edir. Ukraynaya böhtan atılmaqla müharibəyə başlanılıb. Bu sivil insanların həlak olmasına gətirib çıxarıb. 1991,1992, 2008-ci illərdə Rusiyanın Gürcüstana qarşı təcavüzlərini unutmalı deyilik. Ukraynaya həmrəyliyimizi nümayiş etdirməliyik.

Biz müharibə zamanı sivillərin hüquqlarının tapdanmasını yaddan çıxarmamalıyıq. Rusiya müharibəni dərinləşdirir. Bu da enerji və qida qıtlığı ilə nəticələnir. Biz nifrət nitqinə qarşı da çıxış etməliyik.” , - o vurğulayıb.

O, daha sonra deyib ki, Cənubi Qafqazda hələ də sovetlərin keçmiş miraslarının nəticələrini görürük. Biz tam müstəqil olana qədər mübarizə aparmalıyıq. “Bütün münaqişələrin həlli yollarını tapmalıyıq. Bizim ərazilərimizin 20 faizi işğal altındadır. Yenidən ərazi bütövlüyümüzün bərpasına çalışırıq. Gürcüstan ərazi bütövlüyünün bərpasına nail olmağa, işğal altında olan ərazilərimizdə yaşayanların da bizə qoşulmasına çalışırıq. Cənubi Qafqaz artıq mərkəzi meydançadır. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}