Çin rəsmisi Bakıda: “Bu gün dünya analoqu olmayan risklərlə qarşılaşıb”
Tarix: 16-06-2022 16:25 | Bölmə: Siyasət
Çin rəsmisi Bakıda: “Bu gün dünya analoqu olmayan risklərlə qarşılaşıb”

“Bu gün dünyaya sülh əvvəlki dövrlərlə müqayisədə daha çox vacibdir. Dünyada pandemiya və regional münaqişələr davam edir. Bu gün dünya analoqu olmayan risklərlə qarşılaşıb”.

Bunu Çin Xalq Respublikasının Xarici İşlər İnstitutunun Prezidenti Vanq Çao IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukuruna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib.

O hesab edir ki, beynəlxalq ictimaiyyət bu məsələlərin həllini tapa biləcək: “Dayanıqlı beynəlxaq təhlükəsizlik sistemi yaratmaq üçün hamı birgə çalışmalıdır. Bu da hər bir dövlətin etdiyi seçimə hörmətlə yanaşmağı özündə ehtiva edir. İkili standartlardan da uzaq durmaq lazımdır”.

V.Çao deyib ki, beynəlxalq məsələlərdə BMT-nin rolu əvəzolunmazadır: “Biz onu gücləndirə bilərik. İndi dünya çox çətin dövrdən keçir. Yalnız Ukrayna məsələsi ilə məhdudlaşmamalıyıq. Biz Ukrayna məsələsində hər iki dövləti dialoqa çağırırıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}