Türkiyə Müdafiə Nazirliyi Azərbaycana mesaj ünvanlayıb
Tarix: 26-06-2022 14:15 | Bölmə: Siyasət
Türkiyə Müdafiə Nazirliyi Azərbaycana mesaj ünvanlayıb

Türkiyə Milli Müdafiə Nazirliyi Ordu günü ilə bağlı Azərbaycana mesaj ünvanlayıb.

Reyting.az 
xəbər verir ki, bu barədə paylaşımda deyilir:

“Tək Vətən əməliyyatında qəhrəmancasına və fədakar mübarizəsi ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək bütün dünyaya qüdrətini göstərən, bizləri qürurlandıran Azərbaycan Silahlı Qüvvələrinin bu əlamətdar gününü təbrik edir, qardaşlarımızı könüldən salamlayırıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}