Gürcüstanda aksiya başlayıb - Baş nazirin istefası tələb olunur
Tarix: 03-07-2022 20:47 | Bölmə: Siyasət
Gürcüstanda aksiya başlayıb - Baş nazirin istefası tələb olunur

Tbilisi şəhərində, Gürcüstan parlamentinin binası qarşısında “Evə, Avropaya” şüarı altında növbəti kütləvi mitinq keçirilir.

Reyting.az
xəbər verir ki, "Utanc" hərəkatının təşkil etdiyi aksiyanın əsas tələbi Baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin qurulmasıdır. Aksiyaçılar gecə boyunca ərazini tərk etmək fikrində deyillər.

Mitinq səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə çox sayda polis cəlb olunub.

Etirazçılar zorakılığa əl atmayacaqlarını və aksiyanı dinc şəkildə davam etdirəcəklərini bildiriblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}