09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Mikayıl Cabbarov: "İsraildə səfirliyin açılması əməkdaşlığı genişləndirəcək”
Tarix: 19-11-2022 17:11 | Bölmə: Siyasət
Mikayıl Cabbarov: "İsraildə səfirliyin açılması əməkdaşlığı genişləndirəcək”

“Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığı genişləndirəcək”.

Reyting.az
xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətləri arasında Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Milli Məclisin Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Nazir tvitter səhifəsində yazıb: “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.




Bölməyə aid digər xəbərlər