Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub
Tarix: 20-11-2022 20:50 | Bölmə: Siyasət
Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub

Noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qantz Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirilr ki, telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Benyamin Qantz Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.




Bölməyə aid digər xəbərlər