09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Siyasi partiyaların fəaliyyətinin dayandırılma müddəti 6 ayadək azaldılır
Tarix: 21-11-2022 13:05 | Bölmə: Siyasət
Siyasi partiyaların fəaliyyətinin dayandırılma müddəti 6 ayadək azaldılır

Siyasi partiyaların fəaliyyətinin dayandırılmasına dair tələblər yumşaldılır.

Reyting.az
xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, Siyasi partiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu qanuna uyğun olaraq müəyyən etdiyi pozuntuları xəbərdarlıqda göstərilmiş müddətdə aradan qaldırıb bu barədə məlumat vermədikdə, onun fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında apellyasiya məhkəməsinin qərarı ilə 2 aydan 6 ayadək müddətinə dayandırıla bilər.

Qeyd edək ki, qanun layihəsinin əvvəlki redaksiyasında bu müddət 1 il nəzərdə tutulmuşdu.




Bölməyə aid digər xəbərlər