09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Konstantin Kosaçev: "Ermənistanla Azərbaycan arasında münaqişənin həlli KTMT-nin səlahiyyətlərinə daxil deyil"
Tarix: 21-11-2022 15:59 | Bölmə: Siyasət
Konstantin Kosaçev: "Ermənistanla Azərbaycan arasında münaqişənin həlli KTMT-nin səlahiyyətlərinə daxil deyil"

“Ermənistanla Azərbaycan arasında münaqişənin həlli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səlahiyyətlərinə daxil deyil”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev jurnalistlərin "KTMT Ermənistana Azərbaycanla münaqişədə daha fəal və hərbi yardım göstərə bilərmi?" sualını cavablandırarkən deyib.

O bildirib ki, KTMT proseslərin nizamlanmasını ən səmimi şəkildə istəyir: “Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək onu daha da gərginləşdirmək deməkdir. Sülh yolu ilə nizamlanma mövqeyi tutmaq və bu nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”, - K.Kosaçev vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər