16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Səməd Seyidov AŞPA-nın iclaslarına qatılacaq
Tarix: 22-11-2022 17:54 | Bölmə: Siyasət
Səməd Seyidov AŞPA-nın iclaslarına qatılacaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitəsinin iclaslarında iştirak edəcək.

Parlamentdən verilən məlumata görə, bununla əlaqədar komitə sədri noyabrın 23-də İslandiyanın paytaxtı Reykyavik şəhərinə səfərə yollanacaq.

İclaslarda Bosniya və Herseqovinada, Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin müşahidələrinin nəticələri, Avropa siyasi arxitekturasının möhkəmləndirilməsində Avropa Şurasının rolu və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.

Səfər noyabrın 26-da başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}