Çavuşoğlu: "Azərbaycanın torpaqlarını azad etməsi yeni fürsətlər yaradıb"
Tarix: 25-11-2022 12:14 | Bölmə: Siyasət
Çavuşoğlu: "Azərbaycanın torpaqlarını azad etməsi yeni fürsətlər yaradıb"

“Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir”.

Bunu Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Azərbaycana gedib: "Gürcüstan isə strateji müttəfiqimizdir".

Onun sözlərinə görə, Xəzər keçidli Şərq-Qərb dəhlizinin əhəmiyyəti hər ötən gün artır.

Nazir söyləyib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi yeni fürsətlər yaradıb: “Sınaqların fərqindəyik. Vaxt itirmək niyyətimiz yoxdur”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}