ABŞ-da Zelenski ilə bağlı şok qiymətləndirmə: korrupsioner və balaca diktator kimdir ki...
Tarix: 28-11-2022 18:54 | Bölmə: Siyasət
ABŞ-da Zelenski ilə bağlı şok qiymətləndirmə: korrupsioner və balaca diktator kimdir ki...

Ukraynada müharibə tam sürətlə davam etdiyi bir vaxtda, ABŞ televiziyası maraqlı anların şahidi olub. Prezident Zelenski ilə bağlı səsləndirilən iddia müzakirə predmetinə çevrilərkən, ABŞ mətbuatı Vaşinqtonun kulisdəki narahatlıqlarından yazıb.

Reyting.az
xəbər verir ki, Xersondan geri çəkilməli olan Rusiya sahədə itkisini raket və hava zərbələri ilə kompensasiya etməyə çalışarkən, ABŞ televiziyası Zelenskini qəzəbləndirən reportajla gündəmə gəlib.

“Fox News” kanalının aparıcısı Taker Karlson tərəfindən canlı yayımlanan verilişdə Zelenskinin iddiası ilə bağlı deyilənlər ölkənin siyasi dairələrində şok yaradıb.

Karlson deyib ki, Zelenski ABŞ vergi ödəyicilərindən pul tələb edən korrupsioner diktatordur.

Aparıcı, ABŞ-ı Üçüncü dünya müharibəsinə sürükləməkdə ittiham etdiyi Zelenski üçün aşağıdakı ifadələrdən istifadə edib:

“Yardım Əfqanıstanda hər il xərclədiyimizdən iki dəfə çoxdur. Bu oğlan kimdir? Korrupsioner, Ukrayna diktatoru. O, bu cürəti haradan alır?”

Karlsonun proqramının qonağı ABŞ-ın keçmiş Xüsusi əməliyyat pilotu L. Todd Vud bildirib ki, Ukrayna prezidenti Zelenskinin siyasi karyerası milyarder İqor Kolomoyski tərəfindən maliyyələşdirilsə də, onun sərvəti müsadirə edilib:

“İndi onun daha böyük, daha vacib, daha güclü və daha zəngin bir xeyriyyəçisi var. Bu, Bayden administrasiyasıdır”.

Bu arada Rusiyanın “RT News” saytı bir müddət əvvəl Vaşinqtonun bu il Ukraynaya 70 milyard dollara yaxın hərbi və iqtisadi yardım etdiyini yazıb.

ABŞ mərkəzli “Wall Street Journal” da Vaşinqtonda Ukraynaya edilən yardımla bağlı narahatlıqdan bəhs edib.

Jurnal Konqres və hökumət rəsmilərinə istinadla bildirib ki, ABŞ hökumətinin Ukraynanı silahlandırmaq siyasəti Tayvana silah göndərilməsində gecikmələri daha da artırır.

Qəzet iddia edir ki, Vaşinqton Kiyevə hərbi yardımın Tayvana zərər verəcəyindən narahatdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}