16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müdafiə Nazirliyi sülhməramlıların komandanlığına növbəti dəfə müraciət ünvanlayıb
Tarix: 28-11-2022 21:36 | Bölmə: Siyasət
Müdafiə Nazirliyi sülhməramlıların komandanlığına növbəti dəfə müraciət ünvanlayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəfələrlə narazılıq ifadə olunmasına baxmayaraq, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları yenə erməni toponimləri ilə qeyd olunur.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Nazirlik bildirir ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsinə son qoyulmalıdır. Ümumiyyətlə, Azərbaycan ərazilərinin uydurma erməni toponimləri ilə ifadə olunması yolverilməzdir.

Nazirlik Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərə müvafiq şəkildə ifadə etməyə çağırır.

28.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜDÜR.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}