Siyavuş Novruzov: "Cəsarətli siyasi partiya rəhbəri gələr fikrini söyləyər"
Tarix: 29-11-2022 15:55 | Bölmə: Siyasət
Siyavuş Novruzov: "Cəsarətli siyasi partiya rəhbəri gələr fikrini söyləyər"

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi gələcəkdə fəaliyyət göstərəmək istəyən bütün siyasi partiyalar üçün bərabər, azad, şəffaf şəkildə fəaliyyət istiqamətini ortaya qoyur, bütün insanların tələblərinə cavab verir”.

Reyting.az
xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki qanun qəbul ediləndə Azərbaycanda siyasi partiyalar zərurətdən yox, dəbdən ötrü yaradılırdı:

"Biri partiya yaradanda adını ya qərbdən, ya da şərqdən götürürdü. Siyasi partiyanın mahiyyəti nədən ibarətdir, ortada heç nə yox idi. Bəziləri silahlı qüvvələr saxlayırdı, bəziləri dövlət çevrilişlərinə cəhdlərlə məşğul idi. Siyasi partiyanın funkisiyası məhz bugünkü qanun layihəsində qoyulan tələblər əsasında deyil, özlərinin düşündüyü, bildiyi və arzuladığı istiqamətdə həyata keçirilirdi. Qanunun indiki kimi tam olması hər bir vətəndaşın, siyasi partiyanın qanun qarşısında bərabər olmasını ortya qoyur. Bu da vacib amillərdən biridir. Qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmələrlə bağlı dəvətə gəlməyən, iştirak etməyən cəsarəti çatmayan siyasi partiya üzvləri idi. Cəsarətli siyasi partiya rəhbəri gələr fikrini söyləyər. Dinləmələrdə heç kimi güllələmirdilər, tutmurdular. Hamı üçün şərait yaradılmışdı. Qanun layihəsi gözəl hazırlanıb”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}