23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Vasif Talıbovun qardaşı saxlanılmadığını deyir: "Qanun nəyi deyirsə, onu da eləmişəm"
Tarix: 30-11-2022 13:19 | Bölmə: Siyasət
Vasif Talıbovun qardaşı saxlanılmadığını deyir: "Qanun nəyi deyirsə, onu da eləmişəm"

Ötən gün bir sıra saytlarda, sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması haqda xəbərlər yayılıb.

Reyting.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlama verən Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov saxlanılması haqda xəbərlərin yalan olduğunu bildirib:

"Mənim saxlanılmağımla bağlı xəbərlər yalandır. Bunu yazanlar məqsədli şəkildə yazırlar. Mən uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam. Bu gün də çalışıram. Mən qanun adamıyam. Qanun nəyi deyirsə, onu da eləmişəm. Qaldı ki, dövlətimizin bu gün həyata keçirdiyi islahatlara heç kəsin iradı ola bilməz, onu müzakirə edə bilməz. Bizim ailəmiz ömür boyu dövlətə, dövlətçiliyə bağlı olub. Biz daim cənab prezidentimizi dəstəkləmişik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq olmuşuq. Bu gün də bu bağlılıq davam edir. Allah cənab prezidentimizi qorusun!"

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}