Fransa XİN: Azərbaycana qarşı qətnamə Parisin rəsmi mövqeyi deyil
Tarix: 01-12-2022 09:17 | Bölmə: Siyasət
Fransa XİN: Azərbaycana qarşı qətnamə Parisin rəsmi mövqeyi deyil

Fransa parlamentinin aşağı palatası - Milli Assambleyanın Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi xəttini əks etdirmir. Reyting.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyi (XİN) bildirib.

Açıqlamada qeyd olunur ki, parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib.

Qeyd edək ki, ötən gün Fransa parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə qətnamə qəbul edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}