Lavrov: “Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”
Tarix: 01-12-2022 14:08 | Bölmə: Siyasət
Lavrov: “Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”

“ATƏT-in Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”, Rusiyanın bu məsələyə heç bir aidiyyatı yoxdur”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

"ATƏT-in Minsk qrupu bir vaxtlar yaradılanda məqsəd bölgədə təsir gücünə malik olan, rəsmi İrəvana və Bakıya siqnal göndərə biləcək dövlətləri birləşdirmək idi. Həmin vaxt Rusiya və ABŞ-ın həmsədrliyi ilə işləmək barədə razılıq əldə olunmuşdu, daha sonra Fransa da bu ikiliyə qatıldı", - Rusiya xarici işlər naziri deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}