23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Siyavuş Novruzov Naxçıvan barədə danışıb: "Korrupsiya harada var, ora yoxlanılır"
Tarix: 02-12-2022 13:00 | Bölmə: Siyasət
Siyavuş Novruzov Naxçıvan barədə danışıb: "Korrupsiya harada var, ora yoxlanılır"

“Naxçıvan həssas bölgədir. Həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Prezidentin, dövlətin, dövlətçiliyin arxasındadır, ona sədaqətlidir: “Ona görə də burada hər hansı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları başqa rayonlarda, yerlərdə apardığı islahatları orda da aparır. Korrupsiya harada var, ora yoxlanılır. Azərbaycanda neçə nazirlik, neçə komitə yoxlanıldı, yeddi icra başçısı tutuldu. Bunlar da Azərbaycan vətəndaşlarıdır. Xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın”/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}