Ceyhun Bayramov Litva XİN başçısı ilə müzakirə aparıb
Tarix: 02-12-2022 13:50 | Bölmə: Siyasət
Ceyhun Bayramov Litva XİN başçısı ilə müzakirə aparıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vətən müharibəsindən sonrakı dövr və Ermənistanla sülh səyləri barədə litvalı həmkarı Qabrielyus Landsberqisi məlumatlandırıb.

Reyting.az
xəbər verir ki, nazirlər arasında görüş Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində baş tutub.

Tərəflərin həmçinin ikitərəfli əməkdaşlığı və qarşılıqlı əlaqələrin perspektivini müzakirə etdikləri bildirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}