23:54 / 20-05-2024
Masallı sakini güllələnib
350 nəfərlik Turan taboru döyüşə başlayıb - Foto
Tarix: 02-12-2022 14:31 | Bölmə: Siyasət
350 nəfərlik Turan taboru döyüşə başlayıb

Türk dövlətlərindən olan şəxslər Rusiyaya qarşı döyüşmək üçün Ukraynada tabor (batalyon) təşkil ediblər.

Reyting.az
-ın xəbərinə görə, Qırğızıstan vətəndaşı Almaz Kudabekoğlu deyib ki, Turan taborunu Rusiyaya qarşı döyüşmək üçün yaradıblar.

Sosial şəbəkələrdə və xarici KİV-lərdə yayılan videoda danışan Kudabekoğlu Rusiya prezidenti Vladimir Putinə xitabən türklərə qarşı soyqırımı edildiyini, Çeçenistan lideri Ramzan Kadırova qarşı isə cihad elan etdiklərini deyib.



İki həftə əvvəl Turan taboru ilə bağlı Qazaxıstan mətbuatına açıqlama verən Kudabekoğlu bildirib ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək və orada uğur qazanacağı təqdirdə Qırğızıstan və Qazaxıstana hücum edəcək. O, bu səbəbdən Ukraynada Rusiyaya qarşı döyüşdüklərini diqqətə çatdırıb.

BBC-nin Qırğız xidmətinin məlumatında bu yaxınlarda yaradılan taborda 350-yə yaxın döyüşçünün olduğu təxmin edilir. Döyüşçülərin Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Çinin Uyğur bölgəsindən olduqları bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}