23:54 / 20-05-2024
Masallı sakini güllələnib
ABŞ Azərbaycan-Ermənistan dialoqunu dəstəkləyir
Tarix: 04-12-2022 14:59 | Bölmə: Siyasət
ABŞ Azərbaycan-Ermənistan dialoqunu dəstəkləyir

ABŞ Azərbaycan və Ermənistan arasında barışıq üzrə dialoqu dəstəkləməkdə maraqlıdır.

Reytıng.az
xəbər verir ki, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sonuncu dəfə görüşəndə "danışıqları sürətləndirmək, yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər".

"Hər iki nazir bu görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlığını bildirib. Biz iki ölkə arasında davamlı sülhün əldə edilməsinə və problemlərin həllinə yönəlmiş diplomatiyanı dəstəkləməyə davam edirik. İki ölkə arasında dialoq və konstruktiv atmosferin davam edəcəyinə ümid edirik", - deyə N. Prays əlavə edib.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}