Deputat: "Soydaşlarımızla bağlı yeni TV yaradılsın"
Tarix: 09-12-2022 13:47 | Bölmə: Siyasət
Deputat: "Soydaşlarımızla bağlı yeni TV yaradılsın"

"Soydaşlarımızın yaşadığı bütün yerlərdə məktəb açmaq mümkün deyil. Bunun müasir həll yollarından biri də Azərbaycanda televiziya kanallarından biri səhərdən axşama qədər Azərbaycan tarixi, dili və ədəbiyyatı ilə bağlı yayımlar həyata keçirsin və bu kanal peyk vasitəsi ilə bütün dünyaya yayımlansın".

Reyting.az
xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı bu gün keçirilən Milli Məclisin plenar iclasında deyib.

O bildirib ki, onların yaşadığı ölkələrlə müqaisədə əlifba dəyişikliyi fərqi və digər problemlər var: "Bu məsələni bilən adamları, mütəxəssisləri cəlb edərək bu televiziya qurulsun və yavaş-yavaş dünyada yaşayan soydaşlarımıza özümüzü tanıdaq, mədəniyyətimizi öyrədək, yəni televiziya dərs keçsin. Bu kanalı tədricən dünyanın hər yerində izləyəcəklər və bu kanal qlobal Azərbaycan məktəbi olacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}