İctimai fəal Bəxtiyar Hacıyev həbs edilib - Yenilənib
Tarix: 09-12-2022 17:05 | Bölmə: Siyasət
İctimai fəal Bəxtiyar Hacıyev həbs edilib

İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, B. Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır".

Hazırda onun saxlanılmasının səbəbi dəqiqləşdirilir.

***

Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi açılıb.

Bu barədə DİN-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.

***

İctimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

Reyting.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyevə 1 ay 20 gün həbs cəzası verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}