Diplomatların Qubadlı və Zəngilana səfəri başlayıb - Yenilənib
Tarix: 10-12-2022 11:12 | Bölmə: Siyasət
Diplomatların Qubadlı və Zəngilana səfəri başlayıb

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Zəngilana və Qubadlıya səfərə gedib.

Reyting.az
xəbər verir ki, diplomat bu barədə “Tvitter”də yazıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından foto paylaşan səfir qeyd edib ki, bu gün Zəngilan və Qubadlıya baş çəkəcək, Ağalı kəndində olacaq. Səfər Bakı-Zəngilan reysi ilə həyata keçirilir.

***

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin dekabrın 10-da Zəngilan rayonuna səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, səfər proqramında, iqamətgahı Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri - səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Ümumilikdə 150-yə yaxın iştirakçını Bakı və Ankara şəhərlərindən daşıyan təyyarələr Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.

Diplomatlar, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Azərbaycan Respublikasına viza tələb olunan diplomatlara bu hava limanında ilk dəfə “ASAN Viza” sistemi vasitəsilə elektron viza rəsmiləşdirilib.

Diplomatik korpusun nümayəndələri səfər çərçivəsində Zəngilan və Qubadlı şəhərlərində bərpa və yenidənqurma işləri ilə tanış olacaq, həyata keçiriləcək layihələr barədə məlumat əldə edəcəklər.










Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}