Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət edib
Tarix: 11-12-2022 14:36 | Bölmə: Siyasət
Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət edib

Haqq-Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib. 

Reyting.az 
xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədəi səhifəsində "Vəfa borcumu verdim" başlığı ilə paylaşım edib:

“Azərbaycan Xalqının Lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət etdim, ruhuna dualar oxudum. Sonra unudulmaz xeyirxahımız, Akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, fəxrimiz Əziz Əliyevin, əziz müəllimim, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin, vəfalı dostum, Akademik Cəlal Əliyevin və əziz müəllimim, Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyevin məzarlarını da ziyarət etdim.

Ruhları şad, məkanları cənnət olsun. Amin!”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}