Ərdoğan: "Xəzərdə türkmən və azərbaycanlı qardaşlarımızla əməkdşalığa hazırıq"
Tarix: 14-12-2022 13:16 | Bölmə: Siyasət
Ərdoğan: "Xəzərdə türkmən və azərbaycanlı qardaşlarımızla əməkdşalığa hazırıq"

"Qarabağın 30 illik işğalına son verən Vətən müharibəsi Türk Dövlətləri Təşkilatının son uğurlarındandır".

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib.

Onun sözlərinə görə, hədəf regional və beynəlxalq imkanları rifah naminə dəyərləndirməkdir: "Şimali Kiprin TDT-yə müşahidəçi ölkə kimi üzvlüyü həmrəyliyimizi daha da artırıb".

Ərdoğan bildirib ki, bugünkü görüşdə imzalanacaq sənədlərlə əlaqələr daha da gücləndiriləcək: "Üç ölkənin nazirlərinin iştirakı ilə təməli qoyulan üçtərəfli platformalar müsbət nəticələr verir. Xəzərdə türkmən və azərbaycanlı qardaşlarımızla əməkdşalığa hazırıq. Türkmənsitan və Azərbaycanın ölkəmizə elektrik ixrac sahəsində də əməkdaşlığa hazırıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}