Türkmənistan lideri: “Regionda yeni reallıqlar yaranır”
Tarix: 14-12-2022 13:41 | Bölmə: Siyasət
Türkmənistan lideri: “Regionda yeni reallıqlar yaranır”

“Regionda yeni reallıqlar yaranır”.

Bunu Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib.

O bildirib ki, enerji və nəqliyyat sahəsində əməkdaşlıqla bağlı mühüm addımlar atılır: “Azərbaycan, Türkmənistan və Türkiyə bu istiqamətdə çoxtərəfli və koordinasiyalı addımlar atır. Nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinin lazım olduğunu düşünürük. Parlamentlərarası əlaqələri də inkişaf etdirməyin lazım olduğunu düşünürəm. Xüsusilə indiki həssas zamanda digər sahələrdə də əlaqələr davam etməlidir".

Prezidentin sözlərinə görə, Azərbaycan, Türkmənistan və Türkiyə bundan sonra da əməkdaşlığı davam etdirəcəklər.

Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilir.

İclasda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov iştirak edirlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}