XİN başçısı: "Ermənistan ən qısa vaxtda sülh müqaviləsi imzalamalıdır”
Tarix: 14-12-2022 18:00 | Bölmə: Siyasət
XİN başçısı: "Ermənistan ən qısa vaxtda sülh müqaviləsi imzalamalıdır”

“Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycan və Türkiyə səmimidir. Ermənistan da səmimi addımlar atmalıdır. Ən qısa vaxtda sülh müqaviləsi imzalanmalıdır”.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O, xüsusi nümayəndələr vasitəsilə Ankara və İrəvan arasında müzakirələrin davam etdiyini xatırladıb: “Etimad mühitinin formalaşması üçün hava məkanımızın açılması, karqo daşımaları ilə bağlı bəzi addımlar atılıb. Bundan sonra da hər kəs addım atmalıdır. Ermənistan da səmimi addım atmalıdır. Onlar bizim səmimi mövqeyimizə səmimi cavab verməlidirlər”.

Nazir söyləyib ki, region ölkələri Cənubi Qafqazdakı sülh və sabitlik üçün addımlar atılmalıdır: “Vacib olan budur. Türkiyə Azərbaycanla müttəfiqdir. Şuşa Bəyannaməsi ilə biz rəsmi müttəfiq olmuşuq. Bizim aramızda hərbi təlimlərin, əməkdaşlığın, ortaq təhsil proqramlarının həyata keçirilməsi kifayət qədər təbiidir. Bunlar kimsə üçün təhdid deyil”/Report.

Nazir daha sonra deyib ki, Rusiya sülhməramlılarının Laçın dəhlizində sülhü qorumaq missiyası var: "Amma digər tərəfdən, Azərbaycan torpaqlarındakı təbii sərvətlərin mənimsənilməsi beynəlxalq hüquqa uyğun deyil. Bu, Azərbaycanın sərvətlərinin oğurlanmasıdır”.

O bildirib ki, müşahidəçi kimi Şuşa-Xankəndi yoluna gedən insanların qarşısının alınması orada qanun pozuntularının olduğunu göstərir: “Burada əsas vəzifə rusların öhdəsinə düşür. Çünki onlar Laçın dəhlizinin normal formada fəaliyyətinə görə məsuliyyət daşıyırlar. Öhdələrinə düşəni etməlidirlər”.

M.Çavuşoğlu söyləyib ki, Azərbaycan bu məsələdə haqlıdır: “Ona görə də biz bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}