Ceyhun Bayramov Belarusun yeni xarici işlər nazirini Azərbaycana dəvət edib
Tarix: 15-12-2022 13:40 | Bölmə: Siyasət
Ceyhun Bayramov Belarusun yeni xarici işlər nazirini Azərbaycana dəvət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belarusun yeni xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı baş tutub.

Reyting.az
 XİN-ə istinadla xəbər verir ki, C.Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı tərəflər Azərbaycanla Belarus arasında mövcud olan çoxölçülü münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

S.Aleynik Azərbaycanla Belarus arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. Belarusun bölgədə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.

C.Bayramov Belarusun xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}