Nazir: "Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur"
Tarix: 15-12-2022 18:15 | Bölmə: Siyasət
Nazir: "Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur"

"Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur. Azərbaycan tərəfi humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa, qarşılamağa hazırdır".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ərazidə qaz təchizatı ilə bağlı məsuliyyətli tərəf Azərbaycan deyil: "Yəni qazla bağlı deyilənlər feykdir. Dağlıq ərazilərdə soyuq hava şəraiti ilə əlaqəli mütəmadi problemlər qeydə alınır. Yerli erməni əhalinin başında duranlar yalan informasiyalar yayırlar. Özləri süni şəkildə ünsiyyətdən yayınırlar".

Nazirin sözlərinə görə, dekabrın sonunda Ermənistanın xarici işlər naziri ilə görüşüb sülh müqaviləsi ilə bağlı danışıqlar aparılması ehtimalı var: "Azərbaycan sülh sazişi üzrə hər zaman əsas təşəbbüskar olub. Oktyabrın 2-də bu sahədə danışıqlarda layihəni də ölkəmiz hazırlamışdı. Ermənistan bir dəfə öz şərhlərini verib. Sonra Azərbaycan tərəfi öz növbəti təkliflər paketini Ermənistan tərəfinə göndərib. Aramızda ilkin ünsiyyət olub. Bu ayın sonunadək yenidən Ermənistan tərəfi ilə görüşüb növbəti raund danışıqları aparacağımızı istisna etmirəm. Son iki il ərzində üçtərəfli formatda müxtəlif vaxtlarda görüşlər keçirilib. Digər formatlarda görüşlərin keçirilməsi istisna deyil. Azərbaycan tərəfi istənilən formatda görüşlərin keçirilməsini hər zaman dəstəkləyir. Müsbət nəticələr olmasa da, açıq mövzuların müzakirəsi müsbət haldır. Ən azından qarşı tərəf üzərinə götürdüyü öhdəliklərlə bağlı vədlərini də yerinə yetirməlidir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}