14:23 / 15-01-2025
Sabah yağış yağacaq
Əli Məsimli: "Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik"
Tarix: 16-12-2022 11:54 | Bölmə: Siyasət
Əli Məsimli: "Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik"

"Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik".

Reyting.az 
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, Laçın-Xankəndi yolunun açılmasının tələb edən ölkələrə və təşkilatlara bildirməliyik ki, Azərbaycan yol kəsən yox, Ermənistanın xarabazara çevirdiyi ərazilərdə yol tikən, yaradan, öz qələbəsi ilə Cənubi Qafqaza sülh-əminamanlıq gətirən, yeni əməkdaşlıq imkanları açan ölkədir:

"Laçın-Şuşa yolundakı dinc aksiya Azərbaycan xalqının erməni tərəfin təxribatlarını, talançılığı davam etdirməsinə, sülhməramlıların fəaliyyətinə narazılığın bilavasitə etirazıdır. Sülhməramlılar 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində zərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə, Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik"




Bölməyə aid digər xəbərlər