14:23 / 15-01-2025
Sabah yağış yağacaq
Ayxan Hacızadə: “Litvanın qərəzli yanaşması narahatlıq doğurur”
Tarix: 18-12-2022 09:51 | Bölmə: Siyasət
Ayxan Hacızadə: “Litvanın qərəzli yanaşması narahatlıq doğurur”

Azərbaycanın uzun illər geniş tərəfdaşlıq münasibətlərinə malik olduğu, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə xüsusi önəm vərən və daim bu prinsiplərdən çıxış edən Pribaltika ölkəsi Litvanın belə bir bəyanatla çıxış etməsi təəccüb və təəssüf doğurur.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, bu bəyanat eyni zamanda, Litva Respublikasının Prezidenti Gitanas Nausedanın cari ilin may ayında Azərbaycana səfəri zamanı aparılmış müxtəlif istiqamətli müzakirələr kontekstində anlaşılmazlıq yaradır.

A. Hacızadə Litva tərəfinə xadırladıb ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” deyilən ərazi vahidi yoxdur: “Litva artıq “Pribaltika” ölkəsi adlandırılmadığı kimi, Azərbaycanın Qarabağ İqtisadi rayonunun Sovet İttifaqı zamanı formalaşdırılmış keçmiş adlarla adlandırılması qəbuledilməzdir”.

XİN sözçüsü əlavə edib ki, Litva Xarici İşlər Nazirliyinin qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına, Laçın yolundan həm hərbi təxribatlar, minaların Azərbaycan ərazisinə ötürülməsi, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına etiraz bildirilməsi əvəzinə məsələyə qərəzli və birtərəfli yanaşma tətbiq etməsi narahatlıq doğurur.

“Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının dinc və haqlı etirazına hörmətlə yanaşılmalıdır.

Bölgədə humanitar vəziyyət barədə iddialara gəldikdə, bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazırdır və bu məsələdə üçüncü tərəfin müdaxiləsinə ehtiyac yoxdur", - A.Hacızadə əlavə edib.





Bölməyə aid digər xəbərlər