Əliyev, Putin və Paşinyan arasında görüş planlaşdırılmayıb
Tarix: 26-12-2022 13:50 | Bölmə: Siyasət
Əliyev, Putin və Paşinyan arasında görüş planlaşdırılmayıb

MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinin, Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüşü planlaşdırılmayıb.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, üçtərəfli görüş olmayacaq, amma qeyri-rəsmi görüş çərçivəsində ikitərəfli təmaslar olacaq.

D. Peskov əlavə edib ki, MDB ölkələrinin liderlərinə təkbətək danışmaq imkanı veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}