"Ermənistan rəhbərliyi daxili auditoriyaya hesablanmış açıqlamalar verir"
Tarix: 27-12-2022 16:07 | Bölmə: Siyasət
"Ermənistan rəhbərliyi daxili auditoriyaya hesablanmış açıqlamalar verir"

“Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir”.

Reyting.az 
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onu sözlərinə görə, Moskvada danışıqların üçüncü raundu keçirilməli idi: "Ermənistan bir gün əvvəl sülh müqaviləsi ilə bağlı öz təkliflərini açıqladı. Bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. Bu, ictimaiyyətə mesaj vermək xətrinə verilən açıqlamadır. Bir çox hallarda Ermənistan rəhbərliyi daxili auditoriyaya hesablanmış açıqlamalar verir. Ermənistanın öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirməsi ilk növbədə onun özünə faydalı olar. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsinə səy göstərməyə davam edəcəyik”.

Nazir bildirib ki, Azərbaycan üçün əsas məqsəd Ermənistanla danışıqların nəticəyönümlü olmasıdır: "Danışıqlar üçün konkret platformaya köklənmək prioritet deyil. Biz danışıqlar üçün istənilən platformaya hər zaman razılıq vermişik. Bizim üçün yeganə istisna özlərinin qərəzini artıq nümayiş etdirmiş tərəflərdir. Belə platformalar bizim üçün qəbuledilməzdir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}