14:23 / 15-01-2025
Sabah yağış yağacaq
Naxçıvana daxili işlər naziri təyin edilib - Yenilənib
Tarix: 28-12-2022 21:08 | Bölmə: Siyasət
Naxçıvana daxili işlər naziri təyin edilib

Naxçıvan MR-də Daxili İşlər Nazirliyi ləğv olunub, yerinə baş idarə yaradılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Naxçıvandan olan jurnalist Heydər Oğuz məlumat paylaşıb.

O bildiirib  ki, yeni yaradılan baş idarəyə Suraxanı polis idarəsinin rəisi Süleyman Nemətov rəis təyin olunub.

Yeni rəis əslən Naxçıvanın Nehrəm kəndində anadan olub.

Qərar rəsmən sabah (Bu gün) elan olunacaq.

***

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Reyting.az
xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Süleyman Əsgər oğlu Neymətov bu vəzifəyə təyin olunub. 

Digər sərəncamla Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.




Bölməyə aid digər xəbərlər