Putin neftlə bağlı yeni qadağa tətbiq edib
Tarix: 29-12-2022 15:48 | Bölmə: Siyasət
Putin neftlə bağlı yeni qadağa tətbiq edib

Rusiya neftinə tavan qiymət tətbiqində iştirak edən ölkələrə Rusiyadan neft və neft məhsullarının satışı qadağan edilir. Reyting.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.

Putinin fərmanı Qərb ölkələrinin Rusiya neftinin barelinə 60 dollardan yuxarı qiymət tətbiqinə qarşı sanksiya hesab olunur.

Neft və neft məhsullarının tavan qiymət tətbiqində iştirakçı olan fiziki şəxslərə və şirkətlərə satış qadağasını tətbiq edən fərmana əsasən, Rusiya neftinin alıcıları müqavilədə tavan qiymətindən və ya alternativ tavan qiymət mexanizmindən istifadə etsələr, onlar üçün neft daşınmayacaq.

Neft daşınması qadağası 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Fərmanda neftin ancaq Putinin xüsusi icazəsi ilə tavan qiymətləri tətbiq edənlərə daşına biləcəyi yazılıb.

Qeyd edək ki, dekabrın 2-də Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər. Başqa sözlə, bu ölkələr heç bir halda Rusiya neftini 60 dollardan baha qiymətə almayacaq.




Bölməyə aid digər xəbərlər