Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri ilə görüşüb
Tarix: 29-12-2022 20:25 | Bölmə: Siyasət
Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə səfir “Tvitter” səhifəsində bildirib.

Seyid Abbas Musəvi qeyd edib ki, Hikmət Hacıyevlə konstruktiv görüşdə ikitərəfli münasibətlərdəki son hadisələri və Cənubi Qafqaz regionundakı mövcud vəziyyəti, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün əməli addımları nəzərdən keçirdik.




Bölməyə aid digər xəbərlər