14:23 / 15-01-2025
Sabah yağış yağacaq
UNICEF-in ölkəmizdəki rəhbəri PA-ya çağırılıb - Etiraz
Tarix: 30-12-2022 00:17 | Bölmə: Siyasət
UNICEF-in ölkəmizdəki rəhbəri PA-ya çağırılıb - Etiraz

Azərbaycan UNICEF-in İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatlarına etiraz edib.

Reyting.az
"Caliber.az"a istinadla xəbər verir ki, UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub.

Görüşdə UNICEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi bəyanat barədə rəsmi Bakının narahatlığı çatdırılıb, onun mandat və səlahiyyətlərini aşdığı vurğulanıb.

UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatını etiraf edib.

Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanatında “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını”,- qeyd edib.




Bölməyə aid digər xəbərlər