10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
09:38 / 02-02-2026
“Sərhədsiz həkimlər”in Qəzzada işləməsi qadağan edilib
09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
09:14 / 02-02-2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
09:09 / 02-02-2026
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
09:03 / 02-02-2026
Tramp: Kanada 51-ci, Qrenlandiya 52-ci ştatımız olacaq
01:09 / 02-02-2026
Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
00:59 / 02-02-2026
Zelenski danışıqlarla bağlı yeni detalları açıqlayıb
00:51 / 02-02-2026
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
00:45 / 02-02-2026
Lavrov: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
00:33 / 02-02-2026
Parisdə yəhudi məktəbinə hücum olub
00:22 / 02-02-2026
Bu gün Azərbaycanda Gənclər Günüdür
00:20 / 02-02-2026
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
00:10 / 02-02-2026
Ukrayna üçün böyük hərbi yardım paketi hazırlanır
00:07 / 02-02-2026
Rusiya ilə Çin təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər
00:05 / 02-02-2026
Baş Qərargah rəisi ABŞ-da gizli məsləhətləşmələr aparıb
20:40 / 01-02-2026
"Qarabağ" "Turan Tovuz"u məğlub edib
18:09 / 01-02-2026
Göygöldə 33 yaşlı şəxs bıçaqlanıb
16:52 / 01-02-2026
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
12:21 / 01-02-2026
Bölgələrə qar yağacaq, güclü külək əsəcək - Proqnoz
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Rəsmi Bakının hədəfləri… - Təhlil
Tarix: 17-03-2023 14:52 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Görüş fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqəli olsa da, türk dövlətləri arasında əməkdaşlığın inkişafı haqqında mühüm məsələlər də müzakirə olundu.
Sammitdə türk dövlətlərinin liderləri çıxış edib. Azərbaycan prezidentinin Fövqəladə Zirvə görüşündəki çıxışı isə xüsusilə diqqət çəkib.
Bəyannamə çağırışı
Prezident çıxışında bildirib ki, 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb və iki ölkə arasında əlaqələr rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb.

Şuşa Bəyannaməsi türk ölkələri üçün bir örnək təşkil edir. Bu müqavilənin bənzəri yeni müqavilələrin türk ölkələri arasında qarşılıqlı və ümumtəşkilat səviyyəsində imzalanması zəruridir. Prinsip etibarilə bu, həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycanın dövlət başçısı İlham Əliyevin uzun müddətdir nail olmaq istədiyi məsələdir.
Şuşa Bəyanaməsi kimi bir müqavilənin TDT-nin üzvləri arasında imzalanması faktiki olaraq təşkilatın mövcud statusunu və siyasi çəkisini artıracaq.
Ermənistana son xəbərdarlıq!
Prezident çıxışı zamanı qeyd edib ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.
Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qalması faktiki olaraq Ermənistanın Praqa və Soçi görüşlərində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi və 10 Noyabr bəyanatının pozulması deməkdir. Bu və bu kimi digər məsələlər faktiki olaraq rəsmi Bakının separatçılara qarşı antiterror, Ermənistana qarşı isə sülhəməcburetmə əməliyyatına başlaması üçün əsas yaradır. Mümkündür ki, Bakı indiki məqamda Ermənistan ilə bağlı bu məqamları dilə gətirərək dünya ictimaiyyətinə, eyni zamanda türk dövlətlərinə baş verə biləcək ehtimal əməliyyatların məsuliyyətini Ermənistanın daşıdığı mesajını verir.
“Türk dünyası” mesajının hədəfi
Prezidentin çıxışının ən diqqətçəkən məqamı, şübhəsiz, onun “Hörmətli həmkarlar, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir”,- sözləri oldu. Bu ifadə geniş və dar mənada müxtəlif cür şərh edilə bilər:
Birincisi, Azərbaycan prezidenti “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir”,- deyərək, əslində, İraq türkmənlərini, Suriya türkmənlərini, Çindəki uyğurları, Rusiyadakı tatar, başqırd və digər türk etnoslarını nəzərdə tuta bilər. Bu, həm də TDT-nin vizyonunun genişliyindən xəbər verir.

İkincisi, prezidentin bu ifadəsi həm də İrana mesajdır. Prezident bildirib ki, dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır. Prinsip etibarilə bu, prezidentin TDT-nin bundan öncəki sammitində qeyd etdiyi “Azərbaycan sərhədləri xaricindəki soydaşlarının taleyinə biganə qalmayacaq”,- ifadəsinin məntiqi davamıdır. Rəsmi Bakı bununla bir daha İrana mesaj verir ki, Azərbaycan ilə gərginlik onun bir dövlət kimi mövcudluğunu təhlükə altına sala bilər.
Qərbi Zəngəzurun və qərbi azərbaycanlıların müqəddəratı
Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olub.
Ölkə başçısının bu məsələni son zamanlar xüsusilə qabartması təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, bu gün Qərbi Zəngəzur Ermənistan ərazisi kimi qəbul olunsa da, faktiki olaraq 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı ilə Azərbaycandan qoparılıb, Ermənistana verilib. Özü də bu proses Azərbaycan xalqının iradəsi xaricində qanunsuz şəkildə edilib. Sovet hökuməti Qərbi Zəngəzuru Ermənistana verərək faktiki olaraq Türkiyə ilə Qafqaz və Mərkəzi Asiya türklərinin əlaqələrini kəsməyə nail oldu. Bu mənada ölkə başçısı Zəngəzur dəhlizini qabardaraq bu ayrılığın yalnız Zəngəzur dəhlizi açılacağı təqdirdə tam olaraq sona çatacağı mesajını verir. Zəngəzur dəhlizi Azərbaycanın təklifi olsa da, Türk dünyasının ortaq marağı olmalı və bu istiqamətdə Ermənistana TDT səviyyəsində təzyiq edilməlidir.
Prezident çıxışı zamanı həm də onu qeyd edib ki, 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulub.

“Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir”.
Azərbaycan bu gün erməni icması ilə danışıqlara başlayıb. Onların Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi maneələrə baxmayaraq davam edir.
Ümumiyyətlə, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmadığı təqdirdə Ermənistan ilə Azərbaycan arasında münaqişə bitə bilməz. Bitsə də, gec-tez yenidən alovlanacaq. Çünki bu münaqişə qərbi azərbaycanlıların deportasiyası ilə başlayıb, onların qayıdışı ilə bitməlidir.
Turan RZAYEV
“Global Media və Siyasət Araşdırmaları” İB-in eksperti
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
22-01-2026, 12:39
ABŞ hərbi gəmiləri Yaxın Şərq və Avropaya doğru istiqamətlənib
21-01-2026, 22:26
Avropa Birliyi ABŞ ilə ticarət müqaviləsini dayandırır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər