00:01 / 03-04-2025
İran hava məkanını bağlayıb - Ordu döyüş vəziyyətinə gətirilib
22:45 / 02-04-2025
Gömrükçülər rəhbərlikdən narazıdır
22:12 / 02-04-2025
Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb
21:41 / 02-04-2025
Almaniya prezidenti "Ağ Şəhər”də olub - Fotolar
21:34 / 02-04-2025
Azərbaycan və Almaniya prezidentləri konsertdə iştirak ediblər
20:34 / 02-04-2025
Sumqayıtda küçədə 75 yaşlı kişinin meyiti tapılıb
19:01 / 02-04-2025
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" ilk oyunda "Qarabağ"a qalib gəlib
18:30 / 02-04-2025
Azərbaycan prezidenti Çinə səfər edəcək
18:17 / 02-04-2025
Almaniya prezidenti İçərişəhərlə tanış olub - Fotolar
18:04 / 02-04-2025
Xarici dövlət rəsmisinə Bakıya səfərində sui-qəsd planlaşdıran əcnəbilərə hökm oxunub
17:47 / 02-04-2025
Ermənistanı yenidən təhlükəli oyuna sürükləyirlər - Deputat
17:33 / 02-04-2025
Mövqelərimiz yenə atəşə tutulub
17:24 / 02-04-2025
Şərurlu İsfəndiyarı məhkəməyə veriblər
16:55 / 02-04-2025
3000 il yaşaya bilən ağac növləri tapılıb - Fotolar
16:48 / 02-04-2025
Təhlükəsizlik orqanı əməkdaşlarının peşə bayramı qeyd olunub - Fotolar
16:38 / 02-04-2025
Azərbaycan və Somali arasında əməkdaşlıq sazişi təsdiqlənib
16:02 / 02-04-2025
Zülfüqarov: Ermənistanla bağlı bəzi stereotiplərimiz dəyişməlidir
15:59 / 02-04-2025
İlham Əliyev Çindən gələn nümayəndəni qəbul edib
15:58 / 02-04-2025
Moldovalı deputat və gürcü hakimlərə qarşı sanksiyalar tətbiq olunub
15:44 / 02-04-2025
Dövlət xadimlərinin adından saxta müraciətlər hazırlayanların məhkəmələri başlayıb
15:44 / 02-04-2025
Bakı və İrəvan vaxtında sülhə nail olmasa... - Kreml fürsət gözləyir
15:42 / 02-04-2025
Azərbaycan və Almaniya prezidentləri görüşüb: "...top Ermənistan tərəfdədir" - (Yenilənib) - Fotolar
14:59 / 02-04-2025
Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib
14:30 / 02-04-2025
Tarif Şurası dərmanlarla bağlı qərar verib - Siyahı
14:19 / 02-04-2025
Yeni tariflər qlobal iqtisadiyyata ağır zərbə vuracaq
14:18 / 02-04-2025
İlham Əliyevin adından Almaniya prezidentinin şərəfinə rəsmi nahar verilib
14:14 / 02-04-2025
Mərkəzi Bankda yeni təyinat olub
14:12 / 02-04-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
13:54 / 01-04-2025

20:19 / 29-03-2025

13:54 / 29-03-2025

00:03 / 30-03-2025

23:39 / 30-03-2025

16:25 / 29-03-2025

09:43 / 29-03-2025

11:26 / 29-03-2025

20:02 / 30-03-2025

00:03 / 31-03-2025

17:13 / 29-03-2025

16:31 / 29-03-2025

Aprel döyüşlərindən 9 il ötür
Tarix: 02-04-2025 00:08 | Bölmə: Gündəm

Azərbaycan Ordusunun şanlı Aprel döyüşlərindən 9 il ötür.
Reyting.az xatırladır ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib.
Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhə boyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərini, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqeləri, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Aprel döyüşlərində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.
Azərbaycan Ordusunun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.
Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.
Uğurlu aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqlənib. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçuları olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və s. faktlar buna əyani sübutdur.
Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.
Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb.
Bölməyə aid digər xəbərlər

Dünən, 15:59
İlham Əliyev Çindən gələn nümayəndəni qəbul edib
Dünən, 00:08
Aprel döyüşlərindən 9 il ötür
1-04-2025, 21:30
Almaniya prezidenti Azərbaycana rəsmi səfərə gəlib - Foto
1-04-2025, 15:24
Hikmət Hacıyev İran prezidentinin müşaviri ilə görüşüb
1-04-2025, 13:24
Gənc istedadlara xüsusi təqaüdlər veriləcək - Sərəncam
1-04-2025, 13:12
Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb
1-04-2025, 12:54
İran prezidenti Azərbaycana rəsmi səfərə hazırlaşır
1-04-2025, 11:03
Milli Məclisin plenar iclası başlayıb
1-04-2025, 09:19
İran prezidentinin müşaviri Azərbaycana gəlib
1-04-2025, 00:06
12 günlük bayram tətili başa çatıb
31-03-2025, 14:31
Əliyevlə Pezeşkian arasında telefon danışığı olub
31-03-2025, 12:49
Sabah Almaniya prezidenti Azərbaycana gəlir
31-03-2025, 11:37
Prezident İlham Əliyev paylaşım edib - Foto
31-03-2025, 10:51
Mehriban Əliyeva Soyqırımı Günü ilə bağlı paylaşım edib - Foto
30-03-2025, 10:52
Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib
30-03-2025, 09:05
Azərbaycanda bayram namazı qılınıb
29-03-2025, 20:19
İlham Əliyev Ramazan paylaşımı edib
29-03-2025, 17:13
Ərdoğan İlham Əliyevə məktub göndərib
28-03-2025, 13:11
Ramazan bayramında namaz vaxtı açıqlanıb
27-03-2025, 13:35
Prezident və birinci xanım Qarabağa səfər ediblər - (Yenilənib) - Foto
26-03-2025, 11:33
İlham Əliyev Banqladeş prezidentini təbrik edib
25-03-2025, 11:18
Lukaşenko İlham Əliyevə təbrik məktubu ünvanlayıb
23-03-2025, 11:11
İlham Əliyev Şahbaz Şərifə təbrik məktub ünvanlayıb
22-03-2025, 12:28
Qar uçqununda həlak olmuş əsgərlərimizlə vida mərasimi keçirilib - Foto
21-03-2025, 23:33
Məsud Pezeşkian İlham Əliyevə məktub yazıb
21-03-2025, 20:11
Çin lideri Azərbaycan prezidentinə təbrik məktubu göndərib
21-03-2025, 15:03
Putin İlham Əliyevi təbrik edib
21-03-2025, 14:39
Ərdoğan İlham Əliyevə məktub göndərib
21-03-2025, 12:05
Mirzoyan əsassız iddialar səsləndirir
20-03-2025, 09:05
Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib
19-03-2025, 14:23
Süni İntellekt Akademiyası yaradılacaq
19-03-2025, 13:27
Prezident süni intellekt strategiyasını təsdiqləyib
19-03-2025, 11:26
İlham Əliyev Sahibə Qafarova ilə bağlı sərəncam imzalayıb - Fotolar
19-03-2025, 08:52
Uitkoff: Atəşkəsin detalları Ciddədə açıqlanacaq
19-03-2025, 08:45
Ordumuzun mövqeləri yenidən atəşə tutulub
18-03-2025, 19:19
Prezident AMEA ilə bağlı sərəncam imzalayıb