16:54 / 09-12-2024
Agentliyin əməkdaşları Füzulidə qəzaya düşüblər
16:44 / 09-12-2024
Bələdiyyə seçkilərinə 1531 nəfərin namizədliyi irəli sürülüb
16:24 / 09-12-2024
Tramp Çin lideri ilə telefonla danışıb
16:20 / 09-12-2024
MSK beş partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb
16:10 / 09-12-2024
Plastik cərrahlarla bağlı araşdırma aparılır
16:04 / 09-12-2024
Bayram günləri ekspres qatarlar işləməyəcək
15:47 / 09-12-2024
Xaricə çıxarılan 21 milyon dollar geri qaytarılıb
15:37 / 09-12-2024
Hikmət Hacıyev İsrail prezidenti ilə görüşüb
15:30 / 09-12-2024
Gəncədə 17 yaşlı oğlanı öldürən şəxsə hökm oxunub
14:57 / 09-12-2024
Rusiya Türkiyədən kömək istəyir
14:45 / 09-12-2024
Masazırda bəzi əraziləri su basıb
14:28 / 09-12-2024
Bazara sintetik almazlar çıxarılacaq - Foto
14:27 / 09-12-2024
Qarabağda daha 768,4 hektar ərazi minalardan təmizlənib
14:24 / 09-12-2024
Əcnəbilərlə ailə quran diplomatlar barədə qanun dəyişir
14:11 / 09-12-2024
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
14:08 / 09-12-2024
Diplomatik xidmətə qəbul olan şəxslər and içəcək
13:26 / 09-12-2024
İlham Əliyevdən siyasi partiyalarla bağlı - Fərman
13:09 / 09-12-2024
Prezident dörd ölkə arasında protokolu təsdiqləyib
13:00 / 09-12-2024
Sabahın hava proqnozu açıqlanıb
12:59 / 09-12-2024
Rus ordusu genişmiqyaslı hücuma hazırlaşır
12:54 / 09-12-2024
Politoloq Turab Rzayev saxlanılıb
12:46 / 09-12-2024
Sahibkarlara əlavə güzəştlər tətbiq olunacaq
12:40 / 09-12-2024
Bakıda şirkətdən 23 min manat oğurlanıb
12:25 / 09-12-2024
Bakıda türkiyəli iş adamına hökm oxunub
12:12 / 09-12-2024
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub - Fotolar
12:09 / 09-12-2024
İnam Kərimov Gürcüstana işgüzar səfər edib
12:08 / 09-12-2024
Amnistiya və əfvetmə haqqında qanunun qəbulu təklif olunur - Deputat
11:42 / 09-12-2024
Özünə xəsarət yetirən sürücü və sərnişini saxlanılıb
11:32 / 09-12-2024
İranın Suriyadakı son hadisələrə baxışı necədir?
11:27 / 09-12-2024
Azərbaycan millisinin heyəti açıqlanıb
19:35 / 06-12-2024
İlham Əliyev Ursula fon der Lyayenə məktub ünvanlayıb
15:39 / 07-12-2024
Tikinti şirkəti qanunlara tabe olmur
00:12 / 07-12-2024
Lerikdə ərazi icra nümayəndəsinin meyiti tapılıb
10:35 / 07-12-2024
Bakıda altı jurnalist saxlanılıb - (Yenilənib)
12:11 / 05-12-2024
Dünya zülmətə qərq ola bilər
20:37 / 07-12-2024
Tramp ABŞ-ı Suriyadakı vəziyyətə qarışmamağa çağırıb
00:11 / 08-12-2024
Trampın komandası Kiyevin işğaldakı torpaqları qaytarmaq təklifinə mənfi cavab verib
12:54 / 08-12-2024
İnstitut direktoru Azər Qasımlı saxlanılıb - Yenilənib
10:24 / 07-12-2024
Nazirlikdə 143 milyonluq mənimsəmə: ittiham olunanlara hökm oxunub
19:19 / 04-12-2024
Məhkəmə Rüfət Səfərov barəsində həbs qərarı verib
15:51 / 07-12-2024
Əsgərlərlə görüşlərə məhdudiyyət qoyulub
14:44 / 05-12-2024
Röya Ayxan küsülü olduğu müğənnilərlə barışıb - Foto
Sənət aşiqi - Kənan Hacı yazır
Tarix: 20-06-2024 13:17 | Bölmə: Kənan HACI
Kənan HACI
Xalq artisti Əli Nurun sənət yoluna ekskurs
Azərbaycan teatrının keçdiyi inkişaf yoluna nəzər salanda gözlərimiz önünə parlaq şəxsiyyətlər gəlir. Məhz o şəxsiyyətlərin sənətkar qüdrəti sayəsində teatrımız bu gün də yaşayır, fəaliyyət göstərir və inkişaf etməkdədir. Mən milli teatrımızın bugünkü mənzərəsi fonunda Xalq artisti, görkəmli aktyorumuz Əli Nurun sənət yoluna qısa bir ekskurs etmək niyyətindəyəm. Ömrünün əlli ildən çoxunu teatr sənətinə həsr etmiş Əli Nur zəngin sənət yolu keçib.
O, 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həmin il sənədlərini aktyorluğa verir, ona deyirlər ki, get, gələn il gələrsən, artıq qabiliyyət imtahanlarının vaxtı bitib. Bu dəfə sənədlərini Bakı Dövlət Universitetinin filologiyasına verir, məlum olur ki, ingilis dilindən imtahan vermək lazımdır, ingilis dilini bilmədiyi üçün bu arzusu da baş tutmur, növbəti dəfə uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun Sənayenin iqtisadiyyatı fakültəsinə daxil olur. Üçüncü kursa keçəndə (1968-ci il) köçürmə yolu ilə o vaxtkı Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) aktyorluq fakultəsinin birinci kursuna götürülür. Xalq Təsərrüfatı İnstitutundan İncəsənət İnstitutuna köçürüləndə maraqlı bir hadisə yaşanır, onu buraxmaq istəmirlər. Əli köçürülmə ilə bağlı o vaxtkı rektor Sərvər Aslanlının qəbuluna gedir, rektor onu buraxmaq istəmir, deyir, sən ağlını itirmisən? Ora texnikomdur. Əli deyir, ora texnikom deyil, institutdur. Bu zaman prorektor Rafiq Tağızadə səsini qaldırır ki, ora texnikomdan da aşağıdır. Amma Əli inadından dönmür və beləcə, taleyini ömürlük teatra bağlayır.
Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 1982-ci ildən 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub.
Əli Nur səhnədə kükrəyib vülkan kimi püskürən, qəlibə sığmayan qızğın ehtirası, bütün tamaşa boyu kökdən düşməyən coşqun temperamenti olan aktyordur. Aktyordan tələb olunan bütün yaradıcılıq keyfiyyətlərini yüksək peşəkarlıqla mənimsəmiş aktyorun Azərbaycan səhnəsində yaratdığı obrazlar qalereyasına nəzər salanda bunu açıq-aydın görmək olur. Poetik teatrın estetik prinsiplərini öz oyununda yüksək səviyyədə, yaradıcı ilhamla, təsirli vasitələrlə təcəssüm etdirən Əli Nurun özünəxas yaradıcılıq manerası var.
Hələ gənclik illərində Sumqayıt Teatrında görkəmli rejissor, Xalq artisti Mərahim Fərzəlibəyovun hazırladığı Gennadi Bokaryevin "Poladəridənlər" tamaşasında oynadığı Laqutin obrazı sənətkara böyük şöhrət qazandırdı. Tamaşanın səsi-sorağı o zaman bütün sovet məkanına yayıldı. Poladəridənlər şəhərində belə bir tamaşanın qoyulması sözün əsl mənasında teatr hadisəsi idi. Xalq artisti Rafiq Əzimov danışır ki, biz o vaxt Bakıdan Sumqayıta bu tamaşaya baxmağa gedirdik. Aktyor səhnədə büsbütün Laqutinə çevrilmişdi. Məhz bu səbəbdən Laqutin tamaşaçılar tərəfindən sevildi və gəncliyin simvoluna çevrildi. Laqutini yaradarkən Əli Nur heç də özünü aktyor kimi təsdiq etməyə can atmayıb, əsərin ruhunu və ideyasını dərk etməyə çalışıb. Bununla da gənc aktyor olaraq istedadı tam açılıb. Laqutin aktyorun sənət taleyində həlledici rol oynadı. Qarşıda geniş üfüqlər görünürdü.
O dövrün ünlü teatrşünaslarından olan Nina Velexova “Pravda” qəzetində bu tamaşa haqqında resenziya yazdı və beləliklə, bütün ölkə bu səhnə əsəri haqqında danışmağa başladı. Tamaşa sovet respublikaları içərisində hazırlanan tamaşalar sırasında birinci yeri tutdu. Əli Nur baş rolun – Laqutin rolunun ifaçısı olaraq SSRİ Mədəniyyət naziri P.N. Demiçevdən və Moskva Bədaye Teatrının baş rejissoru Oleq Yefremovdan təbrik teleqramı alır. Yeri gəlmişkən, Oleq Yefremov təəccüblə qeyd etmişdi ki, belə nəhəng quruluşlu tamaşanı Sumqayıt teatrına necə sığışdırmısınız? O zaman bu cür yüksək səviyyəli reaksiya hər aktyora nəsib olmurdu. Aktyor eyni zamanda SSRİ Həmkarlar Komitəsinin xüsusi diplomuna layiq görülür. Bu sənət hadisəsi 1977-ci ildə baş vermişdi. Onda Əli Nurun vur-tut 29 yaşı vardı, gənc aktyor idi. Artıq sovet miqyasında tanınmış aktyor kimi kifayət qədər məşhur idi.
Əli Nur Sumqayıt teatrında Cəfər Cabbarlının “Solğun çiçəklər”ində Bəhram, “Almaz”da İbad, “Vəfalı Səriyyə”də Rüstəm, Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” tamaşasında Şıxlinski, Hüseyn Cavidin “Afət”ində Qaratay obrazlarını yaradır. Danışır ki, o vaxt teatrın binası yox idi, biz gözləyirdik ki, Klubda kino seansları bitsin, gecə saat 12-dən səhərə qədər klubda məşqlər edirdik. Bax, bu, fədakarlıqdır!
“Oqtay Eloğlu” tamaşasında baş rolu ifa edən aktyor xarakterin psixoloji dərinliyini emosional ifadə vasitələrinin heyrətamiz rəngarəngliyi, mənalı texniki vərdiş-fəndləri ilə tamaşaçılara təqdim edirdi. Səhnədə emosional enerjisini həmişə tarıma çəkilmiş gərginlikdə saxlamağı qətiyyətlə bacarırdı, ürəyinin hərarəti ilə idrakı birləşdirib Oqtay Eloğlunun zəngin mənəvi aləmini aça bilirdi.
K. Stanislavski yazırdı ki, yaşantı səhnə həyatının əsas məqsədidir. Aktyorun işi təkcə obrazın zahiri tərəflərini göstərmək deyil, həm də başlıca olaraq səhnədə təsvir edilən şəxsin həyatını yaradarkən bu özgə həyata öz hislərini uyğunlaşdırmaq, ona öz qəlbinin bütün üzvi ünsürlərini verməkdir. Bu, Stanislavskinin fikirləridir. Əli Nuru ilk dəfə Azərbaycan televiziyasında nümayiş etdirilən “Ürək yaman şeydir” tamaşasında yaratdığı Əjdər obrazı ilə tanımışam və bu aktyor mənim daxili aləmimdə silinməz iz buraxıb, həmişəlik yaddaşıma həkk olunub. Əjdərin mənəvi iztirablarını yüksək sənətkarlıqla yaradan aktyor tamaşaçının qəlbində təlatümlər yaratmağı bacarır. Özüylə söhbətlərimizdə həmişə deyir ki, içində sənət ehtirası, sənət yanğısı olmayan adamdan heç vaxt aktyor çıxmaz, sənətdə yaxşı mənada cadugərlik var, hipnoz etmə məharəti var. Bir də onu deyir ki, aktyorun fiziki görünüşündən əlavə səsinin enerjisi olmalıdır, səsin enerjisi hər şeyi həll edir. Zalda sonuncu sırada oturan tamaşaçı belə aktyorun səsini aydın eşitməlidir. Aktyor səhnəyə çıxdığı andan tamaşaçını ovsunlamağı bacarmalıdır. Əli Nur özü də bu qəbil aktyorlardandır.
Səlis səhnə danışığı, aydın diksiyası, yüksək səhnə mədəniyyəti, dərin mütaliəsi, geniş dünyagörüşü ilə istər Sumqayıt teatrında, istəsə də Akademik Milli Dram Teatrında kollektivin böyük rəğbətini qazanmış sənətkar yaşının bu çağında da səhnədədir. Hal-hazırda Akademik Milli Dram Teatrında nümayiş olunan “Qürbətdən gələn məktublar”da Mirzə Fətəlini, “Şükriyyə” tamaşasında Süleyman bəyi, “Qarabağnamə”də Kəlbəli xanı, “Əsrə bərabər gün”də müstəntiq Tansıkbayevi oynayır.
Xalq artisti Mərahim Fərzəlibəyovun hazırladığı “Misir gecələri” tamaşasının misilsiz uğurunda Əli Nurun da payı var.
Onu da qeyd edək ki, bu tamaşa Azərbaycan teatrında son dərəcə fərqli formatda hazırlanan bir tamaşa idi. Tamaşanı görkəmli rejissorumuz Mərahim Fərzəlibəyov Şekspirin “Antoni və Kleopatra”, Məmməd Səid Ordubadinin “Sevgililər” və Nazim Hikmətin “Yüsif və Züleyxa” əsərləri əsasında səhnələşdirmişdi. Bu, Azərbaycan teatrında bir ilk idi. Belə bir eksperimentə ilk dəfə XX əsrin 20-ci illərində Rusiyalı rejissor Aleksandr Tairov müraciət etmişdi. O, Moskva Kamera Teatrında Şekspirin “Antoni və Kleopatra”, Bernard Şounun “Sezar və Kleopatra”, A. Puşkinin “Misir gecələri” pyeslərini birləşdirərək maraqlı bir tamaşa qurmuşdu.
Mərahim Fərzəlibəyov isə Akademik Milli Dram Teatrında bu ilkə imza atmışdı. Əli Nur bu tamaşada Oktavi Sezar obrazını yaradır və səhnədə bütün əzəməti ilə görünür. Obrazın xarakterik cizgilərini açan mükəmməl oyun plastikası tamaşaçını heyrətləndirir.
Bundan əlavə, Əli Nur Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Nəsimi (“Fəryad”), Nizami Gəncəvi (“Atabəylər”), Mirzə Məhəmməd (“Anamın kitabı”), Şirzad (“Şeyx Xiyabani”), Abdi əfəndi (“Qanlı Nigar”), Qara Xaqan (“Özümüzü kəsən qılınc”), Hacı Həsən (“Ölülər”) kimi möhtəşəm rollar oynayıb.
Bir dəfə görkəmli dramaturqumuz İlyas Əfəndiyev ona deyib ki, səninlə Firəngiz (Firəngiz Mütəllibova) üçün ayrıca bir pyes yazacağam. Təəssüf ki, bu istək sonralar gerçəkləşmədi. “Şeyx Xiyabani” tamaşasında oynadığı polkovnik obrazı İlyas müəllimin o qədər xoşuna gəlmişdi ki, səhnəyə çıxıb ona gül dəstəsini özü təqdim eləmişdi.
Əli Nur narahat sənətkardır, sənətdə naşılığa, zövqsüzlüyə, bayağılığa və məsuliyyətsizliyə qarşı dözümsüzdür. Qəfil vulkan kimi püskürür və alışa bilmədiyi, qəbul edə bilmədiyi diletantlığa qarşı etirazını bildirir. Bunu ona sənətkar vicdanı diktə edir, susa bilmir. Çoxlarının xoşuna gəlməsə belə, o, həmişə həqiqəti dilə gətirir. Sənətdə diletantlığa, qeyri-peşəkarlığa yer ola bilməz. Bu kontekstdə Əli Nur kompromis, güzəşt qəbul etməz. Bu mənada Əli Nur və onun kimi korifey sənətkarlar (hərçənd onların sayı çox azdır) gənc aktyorlar üçün örnəkdir.
Əli müəllimin unukal yaddaşı var. Bir dəfə söhbət əsnasında ötən əsrin əvvəllərində yaşamış klassik şairlərimizdən olan Haşım bəy Saqib haqqında roman yazdığımı dedim. Əli Nur həmin dəqiqə Haşım bəyin məşhur “Hər kəs öz keyfindədir” şeirini əzbərdən söyləməyə başladı. Matım-qutum qurudu. Bu şeir o qədər də populyar deyil, Saqibin yaradıcılığına bələd olan çox az sayda adamın bu poetik nümunədən xəbəri var. Əli Nur klassik ədəbiyyatımızın geniş kütləyə məlum olmayan nümunələrindən kifayət qədər xəbərdardır. Səməd Mənsurun “Rəngdir” şeirini onun ifasında dinləmək bir ayrı zövqdür. Bir anlıq sənə elə gəlir ki, səhnədə Abbas Mirzə Şərifzadəni dinləyirsən. Yeri gəlmişkən, Əli Nur Azərbaycan səhnəsində Abbas Mirzənin obrazını yaratmış aktyordur.
Qulam Feyzullayev adlı bir şair vardı, satirik şeirlər yazırdı. Onun Əli müəllimin dilindən yazdığı bir şeir var ki, həmin şeirdə aktyorun xarakterik xüsusiyyətləri öz əksini tapır:
Artist maşında gəzər, mən isə piyadayəm,
Sənətdə öz yolum var, insan kimi sadəyəm.
Kim nə deyir, qoy desin, şübhəliyəm özümdən,
Mən ya Ərəblinski, ya da Şərifzadəyəm.
Sözün açığı, heç bu yazını bitirmək istəmirəm. Amma bu yazının sonluğunda sayrışan yeni bir başlanğıcın da işartısını görürəm. Əlbəttə, sənətkarın arzu qovluğunda saralıb solan obrazlar da olub. Biz də arzu edirik ki, bundan sonra ürəyi istədiyi obrazları oynaya bilsin. Çünki enerjisi, yaratmaq şövqü tükənməyib. Bu gün mədəniyyət özünü yenidən dəyərləndirir və fərqli estetika, fərqli platformalar meydana çıxır, sənətdə də müəyyən islahatlara ehtiyac yaranır. Əli Nur teatrın yeni istiqamətləri ilə ayaqlaşmağı bacaran, teatrın problemləri ilə yaşayan aktyordur. Müşahidə etmişəm, hər dəfə Akademik Milli Dram Teatrından söz düşəndə “mənim teatrım” ifadəsini işlədir. Bu, çalışdığı teatra böyük sevgi və ehtiramın göstəricisidir. Səhnədə onu yeni rollar gözləyir. Ona görə də sonuncu cümləni üç nöqtə ilə bitirirəm...
Yeni tamaşalarda görüşənədək, Əli Nur!
17-18 iyun, 2024-cü il
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır
3-04-2020, 17:50
Kənan HACI - Virussuz dünya və ya Hararinin görə bilmədiyi fəlakət - Kənan Hacı yazır