Premyer Liqa: bu gün daha iki qarşılaşma olacaq
Tarix: 29-03-2025 09:43 | Bölmə: İdman
Premyer Liqa: bu gün daha iki qarşılaşma olacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrənin ilk turunun bu gün daha iki oyunu olacaq.

Reyting.az
xəbər verir ki, XXVIII turun ikinci oyunda əvvəlcə “Neftçi” öz meydanında “Araz Naxçıvan”ı qəbul edəcək.

Xatırladaq ki, paytaxt klubu son 3 görüşdə qələbə qazanmayıb. “Araz-Naxçıvan” isə son 2 oyunda meydandan qalib ayrılıb.

Günün son oyununda “Sumqayıt” öz meydanında “Sabah”la qarşılaşacaq.

Qeyd edək ki, qonaq komanda son 2 görüşdən qolsuz ayrılsalar da, “Sumqayıt” son 3 ev oyununda rəqibi üstələyib.

Onu da qeyd edək ki, turun açılış oyununda dünən Tovuzda “Qarabağ” yerli “Turan Tovuz”u böyük hüsabla (4:1) məğlub edib. Turun digər iki oyunu sabah keçiriləcək.

29 mart (şənbə)

16:45 “Neftçi” – “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

VAR: Rəşad Əhmədov

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Azər Əsgərov

“Neftçi Arena”

19:00 “Sumqayıt” – “Sabah”


Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev

VAR: Rauf Cabarov

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub