21:32 / 13-12-2024
Hikmət Hacıyev Fəxrəddin Altun və Ərdoğanın müşaviri ilə görüşüb - Foto
18:19 / 13-12-2024
Deputatlar daha 14 qanuna dəyişilik edəcək
18:01 / 13-12-2024
Qəzzada savaşın 434 günü: ölənlərin sayı artıb
17:55 / 13-12-2024
Dövlət Komitəsi yanında İctimai Şura yenidən formalaşdırılır
17:38 / 13-12-2024
Jurnalistlər üçün təlim keçirilib
17:14 / 13-12-2024
Kremlin qlobal güc layihələri dağılmaq üzrədir
17:07 / 13-12-2024
Fernandu Santuş: "İndi daha vacibi rəqibləri yaxından tanımaqdır"
16:49 / 13-12-2024
Leyla Əliyeva Ruanda prezidenti ilə görüşüb
16:32 / 13-12-2024
İxracdan əldə olunan 119 milyon manatdan artıq vəsait ölkəyə qaytarılıb
16:26 / 13-12-2024
Azərbaycanla İndoneziya arasında viza götürülüb
16:21 / 13-12-2024
Azərbaycan İranda konsulluq fəaliyyətini bərpa edir
16:17 / 13-12-2024
Siqareti yerə atanlar 300 manat cərimələnəcək
16:10 / 13-12-2024
Prezident daha bir qanuna dəyişikliyi təsdiqləyib
15:53 / 13-12-2024
DÇ-2026: millimizin rəqibləri bəlli olub
15:53 / 13-12-2024
Köç karvanı Xocalıya çatıb - (Yenilənib)
15:43 / 13-12-2024
Rus hərbçiləri Suriyadan çıxır? - Fotolar
15:35 / 13-12-2024
Deputat: "Hər kəsin hərbi xidmətə məcburi çağırılması vacib deyil”
15:30 / 13-12-2024
Bayden Ukraynaya daha çox silah göndərməyə çalışır
14:58 / 13-12-2024
Azərbaycanda əsgərliyə çağırışla bağlı qanun dəyişir - Detallar - Yenilənib
14:47 / 13-12-2024
“Kanal 13”ün rəhbərinə elan olunan ittihamlardan birinə xitam verilib
14:42 / 13-12-2024
ABŞ Suriyada nə etməlidir? - Colaniyə bəraət...
14:31 / 13-12-2024
Azər Qasımlı həbsdən buraxılmayıb
14:21 / 13-12-2024
Nazirlik məktəb direktorunu cərimələyib
14:14 / 13-12-2024
Filmin davamının çəkilişi ləngiyir
13:32 / 13-12-2024
"Google" Rusiya ilə bağlı sərt qərar verib
13:24 / 13-12-2024
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli olub
13:22 / 13-12-2024
Dünya şöhrətli alimi "vətən xaini" elan ediblər
13:02 / 13-12-2024
Çin lideri Trampın andiçmə mərasimində iştirakdan imtina edib
13:01 / 13-12-2024
Miqrasiya Məcəlləsinə dəyişiklik olunub
00:18 / 09-12-2024
İki planet toqquşa bilər
00:04 / 09-12-2024
Yeni araşdırma sənətin mənşəyi haqqında fikirləri alt-üst edib - Fotolar
15:55 / 10-12-2024
İsa Məmmədovun “Bakı mənzərələri” - Fotolar
08:29 / 09-12-2024
Musiqi qrupu yeni albom hazırlayıb
21:22 / 09-12-2024
"Turan Tovuz" "Şamaxı"ya qalib gəlib
23:40 / 09-12-2024
“Şamaxı” iki futbolçu ilə vidalaşıb
22:14 / 10-12-2024
Azərbaycan əsgəri güllə yarasından həlak olub
22:56 / 10-12-2024
ABŞ Rusiyanın aktivləri hesabına Ukraynaya 20 milyard dollar ayırır
18:04 / 11-12-2024
Bu gün İrəvandan Bakıya təyyarə reysi olub
21:37 / 08-12-2024
Bəşər Əsədin sarayı talan olunub - Fotolar
İçərişəhər - Oqtay Qorçu yazır
Tarix: 20-03-2024 06:14 | Bölmə: Oqtay QORÇU
Oqtay QORÇU
İçərişəhərdəyəm...
Mən bu şəhərdə hər gün yüzlərlə, bəlkə də minlərlə adam görürəm. Yaxından tanıdığım, kimliyinə bələd olduğum, dəyər verdiyim neçə-neçə adamlar var ki, hərdən onları görəndə üzüm gülür, ayaq saxlayıb görüşürəm, bir-birimizdən hal-əhval tuturuq.
Bu şəhərin bir az süst, bir az deyingən, bir az təntiyən basırığında hər gün yanımdan ötüb-keçən elə adamlar da var ki, mən onlarla küçədə rastlaşanda, eləcə bir-birimizə baxırıq, sakit ötüb keçirik, susuruq. Həmin adamlarla tez-tez olmasa da, hərdən rastlaşıb, ötəri göz-gözə gəlsəm də, əslində onlar məndən ötrü özgə, yad deyillər, sadəcə, o adamlarla çox yaxınlığım yoxdur, çoxunu üzdən tanıyıram. Bu qədər. Çünki Azərbaycanın paytaxtı Bakı böyük görsəndiyi qədər də kiçik şəhərdi. Elə ona görə də Bakıda tez-tez gördüyüm tanış simalar çoxdu və mən bu adamları uzaqdan olsa da, demək olar ki, yaxşı tanıyıram, onlar məni tanımasalar da.
Bizim şəhərdə xeyli, lap çox adam var ki, o kəslərlə ya İçərişəhərdən çıxanda üz-üzə gəlmişəm, ya da ki, həmin adamları çöl ərazisində, yəni İçərişəhərin həndəvərində görmüşəm. Elə buna görə hərdən mənə elə gəlir ki, bizim şəhərdə yaşayanların hamısı, bəlkə də əksəriyyəti sanki içərişəhərlidi. Bu şəhər İçərişəhərin meydan yeridi.
Son illər sıxlıqdan nəfəsi daralan, tikilə-tikilə əcaib libasa bürünən, yavaş-yavaş göydələnlər şəhərinə çevrilən, dəniz boyda böyük gölü Xəzərin çəkilən suyunu vecinə də almayan, get-gedə müasirləşən XXI əsr Azərbaycan Bakısının içindən keçə-keçə keçmiş üçün darıxanda yenə yadımıza İçərişəhər düşür. Paytaxtın köksündə özü boyda tarixini qala divarlarıyla dövrələyən İçərişəhərin qədim, əyri-üyrü dalanlarını, dar küçələrini, izahsız möcüzəvi ab-havasını duyub bu yerlərin necə bir məkan olduğunu təkrar-təkrar görəndə adamda elə bir təsəvvür yaranır ki, sanki hər gün milyonlarla şəhər sakini ancaq tək ünvandan, yeganə yadigarımız İçərişəhərdən çıxıb bayırşəhərə adlayır, hər kəs işinə-gücünə bu yerdən keçib gedir və hamı bu ünvandan evdən çıxır, hamı evinə dönəndə bura qayıdır. Çünki bura adi məkan deyil, İçərişəhər - Bakının ünvanıdı.
İçərişəhər qədim memarlıq abidəsi, yaşayış məskəni və qoruq olduğu qədər də bəlkə dünyanın ən kiçik paytaxtıdı. Axı İçərişəhər həm də bayırşəhərin, Bakının yaradıcısıdı, yəni başıbəlalı sahil şəhəri olan Bakının ən etibarlı sığınacağı, qoruyucu mələyidi.
İçərişəhər tarixin diri qaldığı, səs-küyün və qədim hənirin, ünün itmədiyi sirli-sehrli bir aləmdi...
Bu gün də, həmişə, elə hər vaxt İçərişəhər adlanan bu qədim əraziyə girəndə adam yavaş-yavaş dəyişdiyini hiss eləyir. Çevrilib bambaşqa bir hala girirsən, elə bil kiminsə taleyini yaşayırsan. Anlamaq istəyirsən ki, kimsən, şəhərli gənc inteleqentmi, vəkilmi, yaxud mühərrirmi, yoxsa teatro artistimi, bəlkə də xoş avazlı sərabçı və ya qoşaqala divarlarının üstündə zil səslə "Bayatı-Şiraz" oxuyan Baladadaşmı?..
İçərişəhərdə adam özünü ruhlar aləminə ayaq basan diri şahid kimi hiss edir. Gəzə-gəzə özünü özgələrə bənzədirsən. Üzlərini görmədiyin, adlarını eşitmədiyin adamları görürsən.
Başıbəlalı teatro artisti Hüseyn Ərəblinskinin ovqatı yenə təlxdi, dayısı oğlu Əbdülxalıq yenə də dinc durmur, onu öldürəcəyini aləmə car çəkib. Hüsеyn isə ondan yaman qorxur, həm də xəstə olduğundan neçə gündür ki, evdən bayıra çıxmır. Bunu eşidən dostu tez onun görüşünə yollanır. Qoltuğunda boxça məsləkdaşının görüşünə tələsən bu adam Hüseynqulu Sarabskidi. Hüseyndən ötrü ləzzətli cızbız bişirtdirib aparır, iki qutu da Ərəblinskinin çəkdiyi, ətirli "Limonnaya" papirosu alıb. Hüseynqulu Sarabski "Köhnə Bakı"-da gözdən itir...
İçərişəhərdə dolanan bir adamın ovqatı. Və məhşur bir tarzənin, yaxud xeyriyyəçi olub camaatın hörmətini qazanan bir kişinin, bir Allah bəndəsinin və ya təntiyə-təntiyə işini çözməyə çalışıb nə barədəsə əsəbi tövrlə danışan neftxudanın, bəlkə də bu şəhərdə məhşur olan türkəçarə loğmanın, ya da bir əyri papaq qoçunun, bəlkə də çox adamın gözündən düşən cavan qumarbaz veyilin, yaxud da vətən uğrunda düşmənlə savaşa girib şəhid olan əsilli - nəcabətli bir nakam gəncin, ömrü qısa olan Azərbaycan Xalq Cümhuriyyəti zabitinin, ya qaşqabaqlı dağlı faytonçunun, gur səsli çayçının, dil tökən tacirin, küçədən ötənləri çağırıb "gəl-gəl" deyən mehmanxana sahibinin, karvansara yiyəsinin, ya da hər evdə, hər qapıda cəddi and yeri olan mömin seyidin, elmə qiymət verən, övladlarını məktəbə elm öyrənməyə yollayan axundun, çiyni palanlı hambalın, bəlkə də... Bəlkə də hamının yaddaşından səndə nəsə var, bəlkə elə onu gəzirsən?..
Müəmmadı. Qədim yaşayış məskəni olaraq 1600 il öncə sakinlərini qəbul edən, fəqət müdafiə səddi, qala tikili məqsədi ilə inşa edilsə belə, yenə tarixi özülünün V əsrdən çox-çox əvvəllərə, tunc dövrünə aid olduğu ehtimal olunan, tədqiqatçıların, tarixçilərin qənaətinə görə 5000 yaşı olduğu təxmin edilən, üslub baxımından Şirvan-Abşeron memarlıq məktəbinə məxsus klassik qədim abidə nümunəsi hesab edilən İçərişəhərdə heyranlıqla addımlayanda adam sehrlənir, elə ilk addımda özünü unudursan, bu dar küçələrdə dolaşa-dolaşa kimə bənzədiyini, nəyə görə dəyişildiyini, nə axtardığını, niyə burada olduğunu və nəyə görə içərişəhərli olub buradan çıxmaq istəmədiyini anlaya bilmirsən...
İçərişəhərdə həmişə nəsə axtarırsan və hər dəfə də nəsə tapırsan...
Bəlkə də lap çoxdan unudulan, nəvələrinin, nəticələrinin, kötücələrinin, nəslinin, yaxın, uzaq qohumlarının belə xatırlamadığı, bir kimsənin tanımadığı, dünyadan adi adam kimi gəlib keçən fəqir, kasıb, fəqət qürurlu, çoxuşaqlı bir içərişəhərli kişinin vücuduyla, ruhuyla gəzirsən, ora-bura boylanırsan ki, harada yaşadığını xatırlayasan, gec də olsa kim olduğunu yadına salasan. Sanki portal adlayıb zamansızlığın məkanına düşürsən, eyni vaxtda keçmişlə gələcəyin qovuşduğu bir ünvanda gəzirsən, gözlərin doymur, elə hey baxırsan, elə hey dönə-dönə özünü, o köhnə kişini axtarırsan, hər döngəyə, hər dalana, hər tinə boylana-boylana hansısa küçədə, dalanda özünü arzuladığın boyda görmək istəyirsən, fəqət mümkünsüzdü. Heyhat...
İçərişəhərdə ovsunlanıb sehrə düşdüyünün fərqinə varanda harada, necə bir məkanda olduğunu anlayırsan. Nostalji yaşayırsan, çox darıxırsan, bu qədim tarixdən nələrsə umursan. Sənə doğma olan, umduğun bu məkanda, İçərişəhər boyda keçmişin həzin qəribçiliyində qədim qiyafəyə bürünüb elə buradaca azıb qalmaq istəyirsən, amma...
Əgər bu şəhərdə səni unudublarsa, deməli, tanıyan da olmayacaq...
Bircə ümidin qalıb İçərişəhərin doğmasına çevrilməyə. Amma bu şəhər səni tanısa, bil ki, hamıya tanıdacaq. Hamı da səni qədim İçərişəhərə görə tanıyacaq. Bakıda yaşasaq da İçərişəhər bizim kimliyimizdi. İçərişəhər təhlükəsiz, gözəl, adamlara sakitlik gətirən məkandı. Hər kəs istədiyi qədər İçərişəhəri aşağıdan yuxarıya dörd dolanıb buralarda rahat gəzə bilər, çünki bu yer bizim tarixin sınağından üzüağ çıxan qala şəhərimizdi. Bu günədək dik duran öz əzəmətli keçmişi ilə ona sığınanları min illərdən üzü bəri hifz edib nəsil-nəsil qoruyan, "daşlı qala" sehri adam ovsunlayan qədim İçərişəhərin sözə biçilməz, heyrətamiz ab-havasını, aurasını hiss edib duyanda ilk ağlına gələn yozum fantastik bir ehtimal olur - İçərişəhər həm də keçmişlə gələcəyin, bu günün qovuşağı, zaman portalıdır. Biz bu portaldan adlamalı oluruq və keçmişə düşürük.
İzahedilməzdi. İçərişəhərdə gəzəndə elə bil ki, sağından, solundan bəyaz xəyal adamlar, qazalaqlar, faytonlar ötür, birdən başını qaldıranda ani olaraq sanki qoşaqaladakı əli belində, əmrə müntəzir topçular görünür gözünə. Üzünə gülə-gülə baxırlar, ürək-dirək verirlər: "Heç nədən qorxmayın, biz sizi son nəfəsimizə qədər qoruyacağıq".
Şirvanşahlar sarayını ötüb Qız qalasına çatanda isə inanırsan ki, nə qədər İçərişəhər var, hamı kimi sən də amanda olacaqsan.
İçərişəhərdə nə var axı belə?..
Nəyə görə adam İçərişəhərdə gəzməkdən bezib yorulmur, nəyə görə bu məkana ayaq basanda yeni nəsə tapırsan, öyrənirsən. Varmı bir izahı, kim bilir?..
Bura İçərişəhərdi. Və bu qədim şəhərin daha bir özəlliyi var. Burada gəzib-dolananda adam köksdolusu nəfəs alır, rahatlıq tapır, saf ruhla, sağlam vücudla, aydın yaddaşla gəzir. Söz yox ki, hər yerin pisi də var, yaxşısı da, ancaq bura ayaq basanda hərdən adama elə gəlir ki, İçərişəhərdən heç vaxt mərdimazar, satqın, oğru, cibgir, əxlaqsız çıxmayıb. İçərişəhərdə heç adamı xoflandırıb qorxudan sahibsiz, xəstə küçə itləri də yoxdu. Və günlərin bir günü İçərişəhərə haradansa ac qurd gəlib çıxsa, yenə bura ayaq basan kimi iti dişləri korşalacaq, qəfildən ağzı elə qıfıllanacaq ki, yalquzaq özünü tanıya bilməyəcək. Bu sehrdən qurtula bilməyəcəyini anlayanda gözləri qənimət, ov axtaran həmin canavar çarəsiz qalacaq və ac-yalavac, qənimətsiz, kimsəyə xətər yetirmədən bu qəribə məkandan çıxacaq, üz tutacaq başqa yerə. İçərişəhər belə möcüzəli yerdi.
İçərişəhərdə gəzə-gəzə qəfil ağlıma gələnə özümün də gülməyim tutur və yan-yörəmə göz gəzdirə-gəzdirə bayaqdan bu qəribə ovqatıma, əhvalıma şərik olan, lal səbriylə mənə yoldaşlıq eləyən Badamdar daşı təki ölçülüb-biçilmiş, hamar, azca da kələ-kötür ağır, azman qədim sükutun hənirinə bir səs atıb özümdən soruşuram: "Birdən, bax, lap elə indi ağşalvarlılardan kimsə qarşına çıxıb salam-əleykdən sonra səndən soruşsa, ay bala kimlərdənsən, içərişəhərlisənmi?" sual verən həmin adama nə cavab verəcəksən?..
..Nə deyim?.. Əgər həmin adama desəm ki, mən buralıyam, "toyuqyeyənlər"-dən filan kişinin nəvəsiyəm, bu da lap ağ yalan olar, yaxud söyləsəm ki... Bilmirəm... Dinmərəm, heç nə demərəm, ancaq çaşmaram da, tək toxtaqlığım var, o da sənsən. Dar ayaqda sənin adını çəkərəm. Deyərəm ki, mən sənə arxalanıb burada gəzirəm. Bütün sualların cavabı İçərişəhərdədi, axı sən hamını yaxşı tanıyırsan, elə məni də.
İçərişəhərdən, qala qapısından çölə çıxıram. İçərişəhərliyimi bir kölgəyə əmanət edib bayırşəhərli kimi üz tuturam Bakının mərkəzinə.
İçərişəhərdə idim...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər