13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Novruz tonqalında partlayış baş verib, 8-i uşaq olmaqla, 10 nəfər xəsarət alıb
Tarix: 21-03-2026 23:13 | Bölmə: Cəmiyyət

Novruz tonqalında partlayış baş verib, 8-i uşaq olmaqla, 10 nəfər xəsarət alıb

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verib.

Reyting.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər
26-03-2026, 13:08 Sabah yağış yağacaq