Ruhinin “Ağır Romantik” filmi təqdim olunub - Video - Foto
Tarix: 05-02-2020 23:41 | Bölmə: Şou-biznes
Ruhinin “Ağır Romantik” filmi təqdim olunub - Video

Biznes ledi Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə “Liatris Yapım” şirkətinin ərsəyə gətirdiyi “Ağır Romantik” filminin treyleri təqdim olunub.

Reyting.az
xəbər verir ki, ekran işində eyni zamanda Altan Erkekli, Qazanfer Gündüz, Səmra Dinçer, Sərvət Pandur, Durul Bazan və Sermiyan Midyat kimi sevilən simalar da rol alıblar.

Məlumat üçün bildirək ki, “Ağır Romantik” Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Filmin qala gecəsi fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək.(MTV)


Ruhinin “Ağır Romantik” filmi təqdim olunub - Video




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}