Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt edib
Tarix: 10-09-2025 17:44 | Bölmə: Şou-biznes
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt edib

Azərbaycanın Xalq artisti Aygün Kazımova "Xalq ulduzu"nun qalibi Eldəniz Məmmədovu səhnədə pərt edib.

Reyting.az
xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Şəkil çəkdirmək üçün Aygün Kazımovanın yanına səhnəyə qalxan Eldəniz Məmmədovun bu hərəkətinə Xalq artisti mənfi reaksiya verib:

“Nə olub, cavan oğlan? Görürsünüz, mən danışıram. Siz kim oldunuz? Vətəndaşın burda nə işi var? Burda müğənni olur, vətəndaş isə orda. Yaxşı, müğənnisiniz, başa düşürəm, Eldəniz bəy. Amma bu nədir telefonla? Müğənni müğənniyə belə hörmət edər? Oxuduğu, danışdığı yerdə telefonla çıxıb belə hərəkət edər? Cavan oğlan, siz çıxış edəndə meydan oxuyarsınız. İndi isə bu meydan mənim meydanımdır”.




Bölməyə aid digər xəbərlər