Müğənni 10 illik rekorda imza atıb
Tarix: 15-10-2025 10:38 | Bölmə: Şou-biznes
Müğənni 10 illik rekorda imza atıb

Amerikalı müğənni Teylor Sviftin "Life of a Showgirl" adlı yeni albomu ilk həftədə 4 milyon nüsxədən çox satılmaqla, musiqi sənayesində 10 illik rekordu qırıb.

Reyting.az
-ın məlumatına görə, bu, Sviftin artıq 12-ci studiya albomudur və satışa 3 oktyabrda çıxıb.

Xatırladaq ki, T. Sviftdən əvvəl belə bir rekorda Adele imza atmışdı və onun "25" albomu ilk həftədə 3,378 milyon nüsxə satılmışdı.

T. Svift həmçinin "Billboard" nəşrinin hazırladığı "Billboard 200" siyahısında ən çox birinci yerli alboma sahib solo ifaçılar arasında da ön sıralarda yer alıb ki, belə bir rekord göstərici ilə məşhur müğənni yalnız əfsanəvi "The Beatles" qrupundan geri qalır.

Onu da qeyd edək ki, 2024-cü ildə müğənni həm də "Spotify" platformasında 26,6 milyard dinlənmə ilə ardıcıl ikinci dəfə ən məşhur sənətçi olub.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər