Baş Prokurorluq məşhur müğənnidən şikayəti araşdırır
Tarix: 26-09-2025 07:52 | Bölmə: Şou-biznes
Baş Prokurorluq məşhur müğənnidən şikayəti araşdırır

Məşhur pop-müğənni Alla Puqaçovadan Rusiya Federasiyasının Baş Prokurorluğuna şikayət daxil olub. Buna səbəb pop-divanın Moskva ətrafında Solneçnoqorsk yaxınlığındakı bağ sahəsində üzən estakadanın olması göstərilib.

Reyting.az
xəbər verir ki, prokurorluq araşdırmaya həmin qurğunun sökülməsi üçün fəal şəkildə mübarizə aparan vəkil Qleb Rıskovun ərizəsindən sonra başlayıb.

Bildirilir ki, Q. Rıskov A. Puqaçovanın torpaq icarəsi hüququna da xitam verilməsini tələb edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər