15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Rəşad Dağlı əməliyyat olunub
Tarix: 27-10-2025 19:59 | Bölmə: Şou-biznes
Rəşad Dağlı əməliyyat olunub

Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub.

Məlumata görə, əməliyyat tibb məntəqəsində həyata keçirilib.

Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir.

Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay çəkilməmiş cəzası qalıb(Qafqazinfo).




Bölməyə aid digər xəbərlər