14:41 / 22-10-2025
Yeni medal təsis edilib
Müğənni: "Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"
Tarix: 22-10-2025 12:56 | Bölmə: Şou-biznes
Müğənni: "Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"

Müğənni Təranə Qumral "Gün ortası" verilişində qonaq olub.

Reyting.az
xəbər verir ki, ifaçının həyat yoldaşı, müğənni Musa Musayevlə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Belə ki, o, həyat yoldaşının ondan əvvəl dünyasını dəyişməsini istədiyini bildirib: "Musa həmişə namazda Allaha dua edir ki, birinci mənim canımı al. Mən də bunu istəyirəm. Çünki mən onu şanlı-şöhrətli dəfn etdirməliyəm. İndi yas yerlərinə gedənlər deyir ki, "nə gündə keçdi". Musa məndən əvvəl rəhmətə getsə, üzrlü say, səni şanlı-şöhrətli dəfn etməliyəm ki, dillərə dastan olsun. Əgər mən birinci ölsəm, onu o cür dəfn edən olmayacaq. Ondan 3 gün sonra da özüm ölərəm. Qoy, məni dəfn edən olmasın"(Axşam.az)




Bölməyə aid digər xəbərlər